Mojo.az Banner
22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Qazax yolunda qəza: 11 turist yanan maşından xilas edildi - FOTO

29.07.2019 19:53 1 844
Bakı-Qazax yolunda qəza: 11 turist yanan maşından xilas edildi - FOTO
Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi “Mersedes” markalı mikroavtobusda qısqapanmadan tüstülənmə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar.

Yanan maşının tüstüsünün salona dolduğundan sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər.

Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakusiya ediblər.

Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

Qeyd edək ki, hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağrılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onların yol patrul avtomobili ilə müşayət edilməsi təmin olunub.

скачать dle 11.3
Mojo.az Banner