Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən Mingəçevir sakininin döyülməsi iddiasına - REAKSİYA

29.07.2019 19:21 1 364
DİN-dən Mingəçevir sakininin döyülməsi iddiasına - REAKSİYA
İyulun 19-da Mingəçevir şəhər sakini Firuzə Mehralıyeva sosial şəbəkələrdə oğlu Əbdüləzim Quliyevin polis tərəfindən əsassız olaraq tutulması və döyülməsi barədə iddialar səsləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələyə münasibət bildirib.

Qeyd edilib ki, iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur:

“Anasının iddialarının əksinə olaraq, qabaqcadan əldə olunmuş əməliyyat məlumatı əsasında Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən cari il martın 31-də günorta saatlarında keçirilmiş tədbir nəticəsində 24 yaşlı Ə.Quliyev narkotik vasitə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı M.Mustafayevə satdığına görə saxlanılıb. Hər iki şəxs RPŞ-yə gətirildikdən sonra hal şahidlərinin iştirakı ilə onların üzərlərinə baxış keçirilib, nəticədə pul və narkotik vasitə maddi sübut kimi götürülüb, Ə.Quliyev və M.Mustafayev törətdikləri əməlləri etiraf ediblər”.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində CM-234.2-ci maddəsilə cinayət işi başlanılıb, Əbdüləzim Quliyev həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda məhkəmədə cinayət işinə baxılır.

Nazirlikdən o da qeyd olunub ki, eyni mövzu barəsində ana və oğlunun ən müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə həm prokurorluqda, həm də DİN-in aidiyyəti xidməti tərəfindən baxılıb, Ə.Quliyevin guya əsassız saxlanılması və digər bu kimi iddialar adları çəkilən qurumların müvafiq araqşdırmaları zamanı öz təsdiqini tapmayıb.скачать dle 11.3
Mojo.az Banner