Mojo.az Banner
22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan-Gürcüstan sərhədində yenə də sıxlıq: Sistemdə problem var? - FOTO

29.07.2019 13:17 3 585
Azərbaycan-Gürcüstan sərhədində yenə də sıxlıq: Sistemdə problem var? - FOTO
Azərbaycan-Gürcüstan sərhədində, Gürcüstan tərəfdəki buraxılış məntəqəsində sıxlıq yaranıb.

Sıxlıq sosial şəbəkələrdə yayılan fotolarda da öz əksini tapıb.

İddiaya görə, buna Azərbaycan Dövlət Gömrük Komitəsinin sistemində yaranan problem səbəb olub.

Məsələ ilə bağlı Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov saytımıza bildirib ki, “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsində heç bir sıxlıq yoxdur və sistemdə heç bir problem yaşanmayıb:

“Sadəcə olaraq yay mövsümündə, xüsusən istirahət günlərində Gürcüstan-Azərbaycan sərhədində qısamüddətli gözləmə olur. Sosial şəbəkədə yayılan şəkillər isə gömrük-sərhəd buraxılış məntəqəsinin Gürcüstan tərəfində lentə alınıb”.

N.Axundov qeyd edib ki, yay mövsümündə, xüsusən istirahət günlərində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında yarana biləcək artımı nəzərə alaraq gömrük sərhəd buraxılış məntəqələri daim gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.

Xatırladaq ki, bundan əvvəl “Mazımçay” gömrük postunun işində problem yaranmışdı. Burada giriş-çıxışların bağlanmasına və sıxlığın yaranmasına internet xəttinin kəsilməsi səbəb olmuşdu.




/oxu.az/скачать dle 11.3
Mojo.az Banner