Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Çində internet istifadəçiləri üçün “qara siyahı” tətbiq olunacaq

24.07.2019 21:51 2 615
Çində internet istifadəçiləri üçün “qara siyahı” tətbiq olunacaq
Çin hökuməti internetdəki senzura qaydalarını pozanlara qarşı daha sərt cəza tədbirlərini tətbiq etməyə hazırlaşır.

“Report” “The Times”ə istinadən xəbər verir ki, Çin Kiber Məkanı Administrasiyası (CAC – Cyberspace Administration of China) tərəfindən hazırlanan yeni qaydalar layihəsinə görə, hökumət nöqteyi-nəzərindən ictimai əxlaqa və ya ictimai mənafeyə zidd hesab olunan məlumatlar yayan hər kəs “qara siyahı”ya salınacaq. Belə şəxslərə qarşı internetə girişin məhdudlaşdırılması da daxil olmaqla müəyyən cəza tədbirləri nəzərdə tutulur.

Avqustun 21-dək keçiriləcək ictimai müzakirələrdən sonra yeni internet qaydalarına dair yekun qərar veriləcək. Lakin ölkənin bir sıra saytları artıq istifadəçilərindən şəxsi sənədlərindəki rəsmi məlumatları tələb etməyə başlayıb.

İnternetlə bağlı bu yeni qaydalar Çində tətbiq olunmağa başlayan sosial kredit adlı insanların əməllərinin monitorinqi və qiymətləndirilməsi sistemi çərçivəsində fəaliyyət göstərə bilər. Artıq 2020-ci ildən tam həcmdə işə salınacağı gözlənilən həmin sistem insanların yol hərəkəti qaydalarına əməl etmək, ahıl valideynlərə qayğı göstərməkdən tutmuş partiya siyasətini dəstəkləməyə, internet vasitəsilə alış-verişədək ən müxtəlif davranış və fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində hər kəsə müvafiq sosial reytinq verilməsini nəzərdə tutur. Həmin reytinq də vətəndaşın bankda kredit götürmək, təyyarə bileti almaq, övladını məktəbə yazdırmaq kimi gündəlik həyatla bağlı imkan və xidmətlərdən yararlanması zamanı əsas götürüləcək.

Son xəbərlər