Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“Hər şey görmüşdüm, bircə bunu görməmişdim" - Abid Şərifov işdən çıxarılan jurnalistdən danışdı

24.07.2019 14:13 1 567
“Hər şey görmüşdüm, bircə bunu görməmişdim
Sosial şəbəkələrdə "Kanal13”ün əməkdaşı Nurlan Librenin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntüləri müzakirələrə səbəb olub.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib:

"Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!”

O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib:

"Mən heç maraqlanmıram da ki, o kimdir, nəçidir, işdən çıxarılıb yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım və həvəsim də yoxdur ki, onunla maraqlanım. Çıxarıblarsa da özləri bilər, saxlayıblarsa da özləri bilərlər. Amma mən belə şeyi nə görmüşdüm, nə də eşitmişdim. Qismətdə bunu da görmək varmış. Allah sonrasından saxlasın. Belə getsə, jurnalistlər çox şey edəcəklər, zorla intervyu də alacaqlar, hələ başqa şeylər də edəcəklər. O hərəkət zorla intervyu almaq idi də, istəyim olmadığı halda maşının belinə minir, maşını saxlayır. Ayıbdır, heç bir çərçivəyə sığmır bu hərəkətlər”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.

"Kanal13”ün rəhbəri Anar Orucovun bildirdiyinə görə, həmin əməkdaş artıq işdən azad edilib.скачать dle 11.3
Mojo.az Banner