Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirliyin əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu

23.07.2019 22:21 1 310
Nazirliyin əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı rüşvət almaqda ittiham edilir. Beyləqan şöbəsində vəzifə tutmuş Mehdi Abdullayev və Novruz Alkərəmov cinayət məsuliyyətinə cəlb olunub.

Median.Az
Bizimyol-a istinadən xəbər verir ki, nazirlik əməkdaşları məhkəmə qarşısına çıxarılıb. 10 min manat rüşvət almaqda ittiham olunan Mehdi Abdullayev hakimin suallarını cavablandırıb. Baş məsləhətçi işlədiyini deyən təqsirləndirilən şəxs rüşvət vermiş Teymur Aslanovu tanımadığını bildirib. Deyib ki, işi ilə əlaqədar çoxlu adamlarla görüşür: "Görəndə tanımadım. İlk dəfə istintaqda gördüm”.

Mehdi Abdullayevin fikrincə, cinayət işi quramadır, bunu xüsusi təşkil ediblər. Teymur Aslanovdan torpaq sahəsi ayrılması üçün 10 min manat almadığını söyləyib. "Ona şəklimi göstərib deyiblər ki, bu adamdan şikayət elə. O da eləyib”, – təqsirləndirilən belə deyib.

Mehdi Abdullayev hakimin bir çox suallarına dəqiq, dolğun cavab verə bilməyib. Hakim deyib ki, Teymur Aslanov yük maşını sürücüsüdür, onun təqsirləndirilənə qarşı qərəzli davranışı məntiqli görünmür. Çünki nazirliklə bağlılığı yoxdur, Abdullayevi dayandığı yerdə şərləmək istəməsi inandırıcı səslənmir.

Mehdi Abdulayevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner