Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

25 min istehlakçının da işıq problemi həll olunacaq - FOTO

23.07.2019 14:48 1 520
25 min istehlakçının da işıq problemi həll olunacaq - FOTO
“Azərişıq” ASC-nin növbəti karvanı iki rayonda 25 min istehlakçının elektrik enerjisi təchizatını yaxşılaşdıracaq.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, dayaqlardan, yeni komplekt transformator məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişığ”ın mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Goranboy və Sabirabad rayonunun qəsəbələrinə istiqamət alıb:

“Bu maşın karvanının apardığı 12 KTM, bir neçə min km elektrik verilişi xətləri, dörd min ədəd dəmir-beton dayaqlar, SİP-kabellərlə Goranboy rayonunun Tapqaraqoyunlu, Rus Borisi kəndlərinin, Sabirabad rayonunun Sərxanbəyli və Moranlı kəndlərinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək. Göndərilən avadanlıqlar Goranboy və Sabirabad rayonları üzrə 25 min istehlakçını əhatə edəcək.

“Azərişıq” tərəfindən ölkə Prezidentinin göstərişi əsasında Azərbaycan regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdiriləcək”.

Xatırladaq ki, bu, 2019-cu ilin əvvəlindən bəri “Azərişıq” tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan 12-ci maşın karvanıdır.

Bundan əvvəl Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.

“Azərişıq” ölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir. Bu işlərin 2019-cu ilin II yarısı ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur.









скачать dle 11.3
Mojo.az Banner