Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək - Açıqlama

20.07.2019 19:16 1 527
Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək - Açıqlama
Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək.

Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O, bildirib ki, paytaxtda hərəkətin yol polisləri tərəfindən tənzimləndiyi küçə və prospektlərin bəzilərində ehtiyac yarandığı zaman avtomobillərin sarı zolağa daxil olması mümkün olacaq: "Paytaxtda elə küçə və prospektlər var ki, "Baku 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar sıxlıq müşahidə olunduğu təqdirdə həmin yollarda avtomobillərin sarı zolaqla hərəkətinə icazə veriləcək. Amma sürücülər özləri mövcud nişan olmadıqda sarı zolağa daxil ola bilməzlər. Ancaq polisin icazəsi ilə sarı zolaqda nişanı olmayan avtomobillərin hərəkətinə icazə verilə bilər. Bəzən sürücülər polis icazə verdiyi halda da sarı zolağa daxil olmaqdan çəkinirlər ki, onlar kameraya düşərək cərimələnəcəklər. Nəzərə alsınlar ki, polisin hərəkəti tənzimlədiyi küçələrdə sarı zolaqda hərəkətə icazə verilərsə, sürücülər bundan çəkinməsinlər. Kamera görüntülərində hərəkətin sarı zolağa polisin icazəsi ilə tənzimləndiyi görünür və o sürücülər cərimə olunmur".

V.Əsədov Neftçilər prospektində - Əziz Əliyev küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində hərəkətin polis tərəfindən tənzimlənəcəyini, ehtiyac olarsa bu yolda sürücülərə sarı zolağa daxil olmağa icazə veriləcəyini söyləyib. O, bunu həmin yolda hərəkətin intensiv olması ilə izzah edib.

V.Əsədov həmçinin bəzi kommunal qurumların avtomobillərinə, eləcə də "London TX-4" taksilərinə də sarı zolağa daxil olmaq üçün Təşkilat Komitəsi tərəfindən icazə verildiyini söyləyib: "Ötən oyunlarda bu avtomobillərin sarı zolağa daxil olması insanlar arasında çaşqınlığa səbəb oldu. Hətta taksi sürücülərinə sarı zolağa giriş üçün nişanların satıldığına dair iddialar da səsləndi. İndi də ola bilər ki, kimsə sarı zolaqda "London TX-4" taksilərinin və məişət tullantıları daşıyan avtomobillərin hərəkətini görüb bu icazənin həmin avtomobillərə niyə verildiyini düşünsün. Bir daha sürücülərə xatırladırıq ki, bu nişanları həmin avtomobillərin təyinatı üzrə fəaliyyətinin vacibliyini nəzərə alaraq Təşkilat Komitəsi verir. Sürücülər bu məsələdə diqqətli olsunlar. "London TX-4" taksilərin və yaxud digər kommunal avtomobillər sarı zolaqla hərəkət etdikdə, onların arxasına düşüb onlar da bu zolağa girməsinlər. Əks halda cərimələnəcəklər".

Xatırladaq ki, bu gündən "Baku 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib. Sarı zolaq qadağası iyul ayının 28-i gecə 00:00-dək davam edəcək.скачать dle 11.3
Mojo.az Banner