Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

11 ildə özünə “cənnət” yaratdı - Şəkidən REPORTAJ

19.07.2019 22:58 1 754
11 ildə özünə “cənnət” yaratdı - Şəkidən REPORTAJ
“Şəhərdən kəndə” adlı layihənin ilk səfəri Şəkiyə oldu. Milli Mətbuat Günü münasibətilə təşkil olunan media-turun əsas məqsədi kənd təsərrüfatının inkişaf etdirilməsi və kənddə sosial rifahın yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanışlıq idi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib ki, şirkət tərəfindən həyata keçirilən “Şəhərdən kəndə” layihəsi aqro ekoturizm layihəsidir.

“Bildiyiniz kimi, dünyanın müxtəlif ölkələrində bu turizm növü geniş yayılıb, ancaq Azərbaycanda turizmin bu növü geniş yayılmayıb. Fərdi qaydada bəzi fermer təsərrüfatı sahibləri bu turizm növünə müraciət edib məşğul olsa da, geniş şəkildə bu aqro ekoturizminin ölkəmizdə inkişafına çox ciddi ehtiyac var. Çünki ölkəmizin həm kənd təsərrüfatı, həm də turizm potensialı var. Eyni zamanda, çox zəngin təbiəti və ekoloji ehtiyatları var. Bu baxımdan aqro ekoturizm layihəsinin genişləndirilməsinə və təbliğatına çox böyük ehtiyac var. Dövlət Aqrar Ticarət Şirkəti “Şəhərdən kəndə” layihəsini həyata keçirməklə ölkəmizdə turizmin bu növünün genişlənməsinə xidmət edəcək”, - deyə M.Musayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, layihəyə qoşulmaq istəyən fermer təsərrüfatı sahibləri sheherdenkende.az saytı vasitəsilə məlumatları göndərə, eyni zamanda, zəng mərkəzinə müraciət edə bilərlər.

“Bio Garden” bağçılıq təsərrüfatının sahibi Etibar Nuriyev 11 ildir ki, bu işlə məşğuldur. Onun sözlərinə görə, bu layihə dünyada çox məşhurdur. Azərbaycanda da bunun icra olunması olduqca vacibdir.

Müsahibimiz deyir ki, “Bio Garden” 8 hektarlıq sahəni əhatə edir. Əsas məqsəd isə Azərbaycanın genefondunu qorumaqdır.

Gün ərzində bura çox sayda turistin gəldiyini deyən E.Nuriyev giriş qiymətlərinin yerli sakinlər üçün 5 manat, xarici vətəndaşlar üçün isə 8 manat olduğunu bildirir:

“Bu ildən turizmə qapılarımızı açmışıq. Yerlilərlə yanaşı, Avropadan, ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edir. Gəzinti ilə bərabər istədikləri meyvələri dada bilərlər. Bunların hər biri giriş haqqına aiddir”.

Müsahibimiz kəndə gələn yolun bərbad olmasından da gileylənib:

“Xarici və yerli turistlərin bura rahat gəlməsi üçün 1300 metrlik məsafənin asfatlanmasına ehtiyac var. Gələn qonaqların əksəriyyəti yolun bərbad olmasından şikayətlənir”.

Belə, əgər sizin də yolunuz Şəkidən düşsə, mütləq “Bio Garden”i ziyarət edin.


Son xəbərlər