Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda aqroturizm inkişaf edirmi?

14.04.2025 20:08 801
Azərbaycanda aqroturizm inkişaf edirmi?
Azərbaycan son illər həm kənd təsərrüfatının, həm də turizmin inkişafına diqqət artdığından bu iki sektorun kəsişməsilə formalaşan kənd turizmi - yəni, aqroturizm də inkişaf etməkdədir.

Məqsəd turistlərin kənd həyatına cəlb edilməsi, onların aqrar fəaliyyətdə iştirakının təmin olunmasıdır. Son nəticədə kəndlərdə yaşayan insanların gəlirləri artır, onların sosial rifahı yaxşılaşır.

Bəs Azərbaycanda bu sahə nə dərəcədə sürətlə inkişaf edir? "Report" mövzu ilə bağlı araşdırma aparıb.

Pandemiya aqroturizmin inkişafına təkan verib

"Azərbaycan Aqroturizm Assosiasiyası" İctimai Birliyinin sədri Elçin Əkbərov deyir ki, Azərbaycanda kənd turizmi xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə diqqəti cəlb etməyə başlayıb: "Pandemiya dövründə xaricə səyahət etmək mümkün olmadığından yerli turistlər aqroturizm obyektlərinə üz tutmağa başladılar. Bu isə bir tərəfdən kənd təsərrüfatı obyektlərinin gəlirliliyini artırdı, digər tərəfdən isə yerli əhalidə aqroturizm sahəsində təşəbbüskarlığın artmasına səbəb oldu. Ümumiyyətlə, son illər Azərbaycanda aqroturizmə maraq xeyli artıb. Xüsusilə Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və Tovuz-Gədəbəy bölgələrində bu sahədə praktiki nümunələr mövcuddur. Meyvə bağları, arıçılıq və heyvandarlıq təsərrüfatları turistlər üçün maraqlı istiqamətlərə çevrilib”.

Ölkədə aqroturizm hərəkatı başlaya bilər

Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra ölkədə aqroturizm hərəkatı başlatmaq planları var: "Məqsəd insanlarda aqroturizm mədəniyyətinin bağça-məktəb yaşlarından formalaşdırılmasıdır. Bu istiqamətdə geniş maarifləndirmə tədbirlərinin görülməsi planlaşdırılır. Hazırda ölkədə böyük təsərrüfat sahiblərinin bu sahəyə marağı var, amma kiçik təsərrüfatların marağı getdikcə azalır. Bu sahəyə yeni nəfəs vermək üçün aqroturizm təsərrüfatları ilə təhsil müəssisələri – bağçalar və məktəblər arasında əlaqələr yaradılmalıdır. Bu əməkdaşlıq həm gənc nəslin kənd həyatına və aqrar sahəyə marağını artırar, həm də regionlarda dayanıqlı kənd təsərrüfatı biznesinin formalaşmasına töhfə verər".

Kənd turizmi üçün standartlar və minimal tələblər olsun

Assosiasiya rəhbərinin sözlərinə görə, ölkədə aqroturizm fəaliyyəti üçün standartlar və minimal tələblər müəyyən olunmalıdır: “Keyfiyyətli və xidmət baxımından fərqlənən təsərrüfatların gələcəkdə Dövlət Turizm Agentliyinin marşrutlarına daxil edilməsi bu sahənin inkişafına səbəb olar. Bunda başqa, dünya təcrübəsində aqroturizm təsərrüfatlarına gələn turistlər burada könüllü çalışır, bunun əvəzində pulsuz yaşayış yeri və qida təminatı əldə edirlər. Bu model beynəlxalq səviyyədə "farmstay" adlandırılır və Azərbaycanda da bunun tətbiqi mümkündür".

“Şəhərdən Kəndə” layihəsi Qarabağ və Şərqi Zəngəzuru da əhatə edəcək

Kənd Təsərrüfatı Nazirliyi isə aqroturizmin inkişafı üçün həyata keçirdiyi "Şəhərdən Kəndə" layihəsinin əhatə dairəsini bir qədər də genişləndirmək, onu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da tətbiq etmək istəyir. Gələcək planlar barədə məlumat verən nazirlik eyni zamanda indiyə qədər kənd turizmi ilə bağlı görülmüş işləri də açıqlayıb: "Layihə çərçivəsində aqroturizmlə məşğul olmaq istəyən təsərrüfat sahiblərinə bu istiqamətdə təlimlər keçirilir və təsərrüfatların turizm potensialının artırılması məqsədilə onlara müxtəlif dəstəklər göstərilir. Bu günə qədər 391 təsərrüfat sahibi “Aqroturizmin əsasları”, “Aqroturizmdə təmizlik, qonaqpərvərlik və qidalanmanın təşkili”, “Aqroturizmdə təməl marketinq bilikləri”, “Qida məhsullarının etiketlənməsi və markalanması” mövzuları üzrə təlimlərdə iştirak ediblər.

Eyni zamanda, 26 təsərrüfatda təmir, bərpa və abadlaşma işləri görülmüş, təşviqat dəstəyi göstərilmiş, təsərrüfatlara aid məlumatlar layihəyə məxsus sosial şəbəkə hesablarında və tovillage.az elektron platformasında yerləşdirilib. Bundan əlavə, təsərrüfat sahibləri ilə turizm seqmentini əlaqələndirmək və təsərrüfatlara turist axınını artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər və infoturlar təşkil edilib, metro stansiyalarında təsərrüfatlara aid reklam lövhələri quraşdırılıb. “Şəhərdən Kəndə” layihəsinin növbəti mərhələsində də aqroturizmlə məşğul olmaq istəyən təsərrüfat sahibləri üçün təlimlərin təşkili, infoturların, təmir, bərpa, abadlaşdırma və təşviqat dəstəklərinin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, layihənin əhatə dairəsinin genişləndirilməsi, təsərrüfatlara xarici turistlərin cəlb edilməsi məqsədilə müxtəlif qurumlar və hotellərlə əməkdaşlığın qurulması planlaşdırılır".

Son xəbərlər