Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü |
Mojo.az Avto
Mojo.az Avto

Hakimi söydü, 4 oyunluq cəzalandı

20.11.2025 22:24 717
Hakimi söydü, 4 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.

2-ci liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Quba” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” 70 manat cərimə edilib.

“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.

“Sheki City” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 90 nömrəli futbolçusu Əli Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 22 nömrəli futbolçusu Asim Quliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.

Son xəbərlər