Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

Həkimlər həyəcan təbili çalır: Meymunçiçəyinin mutasiyaya uğramış ştamı Avropada yayılır

20.11.2025 22:16 666
Həkimlər həyəcan təbili çalır: Meymunçiçəyinin mutasiyaya uğramış ştamı Avropada yayılır
Avropada mutasiyaya uğramış meymunçiçəyi virusunun yeni ştamının yoluxma halları kəskin artıb.

Median.Az
"The Telegraph"a istinadən xəbər verir ki, ekspertlər bunula bağlı xəbərdarlıq edir. Bildirirlər ki, virus artıq səyahət tarixi olmayan və yoluxmuş şəxslərlə təsdiqlənmiş təması olmayan insanlar arasında daha tez-tez yayılır.

"Avropada avqustdan etibarən "clade 1b" ştamının ən azı 46 halı qeydə alınıb - İspaniya, Niderland, İtaliya və Portuqaliyada. Bu, virusun bölgədə yayılmağa başlamasından təxminən iki il əvvəl yalnız 29 halın qeydə alınması ilə müqayisədə ciddi artımdır", deyə bildirilir.

Bu variant - clade 1b ştamı - ilk dəfə 2023-cü ilin sonlarında Konqo Demokratik Respublikasında ortaya çıxıb və orada genişmiqyaslı səpələnməyə səbəb olub. O, virusun digər formalarından daha yoluxucu hesab olunur - xüsusilə "clade II" ştamından, üç il əvvəl Avropa və ABŞ-da sürətlə yayılan və əsasən homoseksul kişilər arasında olan ştamdan.

2022-ci ildə dünyada 90 000-dən çox insanı yoluxub və 220 ölümə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi İoannis Karagiannis bildirir ki, ən azı 14 yeni hal yerli ötürmə nəticəsində baş verib, o cümlədən ailə içində. Üç yoluxmuş şəxs isə xəstə ilə heç bir təmasda olmayıb və səyahət etməyib.

Meymunçiçəyi virusu yaxın fiziki təmas yolu ilə ötürülür, ən çox cinsi əlaqə zamanı. Avropada "clade 1b"in bütün halları əvvəllər Afrikaya səfərlərlə əlaqələndirilirdi.

"Avropadakı vəziyyət avqust ayının sonundan kəskin dəyişib. Biz səyahət tarixi olmayan insanlar arasında, həmçinin kişilər arasında cinsi əlaqəsi olan kişilər arasında yerli yayılmanı qeydə alırıq", deyə Karaqiannis bildirib.

Britaniyada və Avropanın əksər ölkələrində mpox əleyhinə peyvənd - 1970-ci illərə qədər uşaqlara müntəzəm vurulan - homoseksual kişilər, yüksək riskli tibb müəssisələrində çalışan həkimlər və yoluxmuş şəxslərlə yaxın təmasda olmuş insanlar üçün tövsiyə olunur. Preparat iki dozada vurulur. Mütəxəssislərin sözlərinə görə, bu peyvənd təxminən 80% qorunma təmin edir və yoluxma halında xəstəliyin gedişini yüngülləşdirir.

"Clade 1b" ştami ağır gedişə səbəb ola bilər: irinli qovuqcuqlu səpgilər, qızdırma, ağrılar və bəzi hallarda ölüm. Həmçinin hamilələrdə ciddi fəsadlarla, o cümlədən düşüklə əlaqələndirilir", deyə "The Guardian" yazır.
//qaynarскачать dle 11.3
Mojo.az Banner