Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti

17.10.2025 21:28 441
Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti
İlin ilk yarısında Aəzrbaycana 1 milyondan çox turistin səfər etdiyi, bu rəqəmlərin isə ilin sonuna qədər 3 milyon nəfərə qədər artacağı proqnazlaşdırılıb. 2025-ci ilin sona çatmasına isə artıq bir neçə ay qalıb. Bu həm də ölkədə yay turizm mövsümünin bitməsi deməkdir.

Bəs builki yay turizm mövsümü nə ilə yadda qalıb?

Qaynarinfo-nun suallarını cavablayan turizm eksperti Əziz Şiriyev bildirib ki, 2025-ci il yay turizm mövsümü çox gözəl bitib:

"Bu il ölkəyə gələn xarici turistlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Daxili turizmə maraq da yüksəlib, regionlara turistlərin səfərləri artıb”.

Ekspert hesab edir ki, payız mövsümündə də bu dinamika davam edəcək və turizm sektoru üçün sabit gəlir mənbəyi formalaşacaq, çünki turizmdə getdikcə mövsümilik azalır:

"Əvvəllər biz daha çox yay turizmi və onun inkişafı üzərində çalışırdıq. Mövsümiliyi aradan qaldırmaq üçün müxtəlif planlar həyata keçirilməyə başlanıldı. Ölkəmizdə qış turizmi inkişaf etməyə başladı. Qış turizmi üçün komplekslər fəaliyyətə başladı. Qəbələdə Tufandağ, Qusarda Şahdağ, Naxçıvanda Şahbuz rayonunun ərazisində Ağbulaq kimi qış-yay turizm kompleksləri fəaliyyət göstərməyə başladı. Bu da qış turizminin inkişafına bir başa töhvə verdi”.

Əziz Şiriyev bildirib ki, turizmdə mövsümiliyin aradan qaldırılmasına, inkişaf etdirilməsinə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər də böyük təkan verib:

"Ardıcıl olaraq həyata keçirilən beynəlxalq tədbirlər birbaşa tuzimin inkişafına səbəb olur. 2012-ci ildən - "Avroviziya” Mahnı Müsabiqəsindən başlayaraq, Formula-1, COP29, MDB Oyunları, Cüdo üzrə Dünya Çempionatı, Minifutbol üzrə Dünya Çempionatı kimi beynəlxalq səviyyəli tədbirlər, 44 günlük zəfər tariximiz həm hərbi, həm iqtisadi, həm turizm kimi sahələrin inkişafına birbaşa təkan verdi və dünyada ölkəmizin nüfuzunun artmasına müsbət təsir göstərdi.

Turistlər otel xidmətindən, ticarət mərkəzlərindən, nəqliyyatdan, restoran, bələdçi xidmətlərindən istifadə etdilər ki, bu da ölkəmizin iqitsadiyyatına, turizm sahəsinin çiçəklənməsinə töhvə verir”.

Aəzrbaycanın aqroturizm potensialı haqqında da danışan Əziz Şiriyev bildirib ki, qeyri-mövsimi vaxtlarda bölgələrdə müxtəlif festivalların keçirilməsi də həm regionda yaşayanların istehsal etdiyi məhsulların bazara çıxışına, aqroturizmin inkişafına səbəbdir:

"Biz bu gün regionlarda aqro sahibkarlarla görüşüb, təlimlər keçirərək aqroturizmin inkişaf etdirilməsinə çalışırıq ki, onlar məşğul olduqları sahələrdə estetik gözəllik də yaradaraq turist cəlb edə bilsinlər. Məsələn, sitrus bağlarına təşkil edilən müxtəlif turistik səfərlər qeyri-turizm mövsümündə də turizmin inkişafına təkan verə bilir”.скачать dle 11.3
Mojo.az Banner