Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İmtahana baş örtüyü ilə gəlib nəzarətçiləri aldatmağa çalışdılar

18.07.2019 16:42 1 545
İmtahana baş örtüyü ilə gəlib nəzarətçiləri aldatmağa çalışdılar
İmtahanın gedişində qaydaları kobud şəkildə pozan iştirakçılar növbəti imtahanlara buraxılmayacaq.

Bunu oxu.az-a açıqlamasında Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib.

O bildirib ki, başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək istəyənlər olub:

“İmtahan iştirakçıları arasında baş örtüyü ilə gələn şəxslər olub ki, nəzarətçiləri aldatmağa çalışıblar. Belə ki, onların şəxsiyyət vəsiqələrinə baxış zamanı məlum olub ki, sənəd onlara məxsus deyil. Onlar başqasının yerinə imtahana girməyə cəhd ediblər. Bu kimi hallarda həmin şəxslər növbəti imtahanlara buraxılmayacaq.

Bəzən qulaqlıqdan istifadə edənlər də olub. Qanunvericiliyin tələblərinə uyğun olaraq onların imtahan nəticələri ləğv edilib, özləri isə imtahan zalından uzaqlaşdırılıblar. Həmin şəxslər barəsində müvafiq orqanlara da müraciət edilir.

Bütün imtahanlar tam şəffaf şəraitdə aparılır. İmtahanın sonunda isə hər bir iştirakçı öz nəticəsini və bu nəticəyə uyğun olaraq gələcəkdəki seçimlərini görə bilir”.

İmtahan zamanı iştirakçıların yerlərinin dəyişməsinə münasibət bildirən nazirlik sözçüsü bildirib ki, bu, birbaşa imtahanın gedişinə mane olan iştirakçılara aiddir:

“Belə hallar çox deyil. Bəzən rəfiqəsi ilə gələn iştirakçılar bir-birinə kömək məqsədilə ard-arda yerlərdə əyləşir. Nəzarətçilər həmin şəxslərin söhbət etdiyini müşahidə etdikləri zaman onların yerlərini dəyişməsini tələb edə bilər. Bunun kompüter və ya hər hansı başqa məqamla əlaqəsi yoxdur”.скачать dle 11.3
Mojo.az Banner