Mojo.az Banner
14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü qeyd olunub

13.07.2019 20:11 1 480
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü qeyd olunub
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Tarixin 50 ili, 50 ilin tarixi” devizi altında keçirilən təntənəli mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, general, zabit və kursantlar, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə hərbi məktəbin qərargahının qarşısında ucaldılmış ulu öndərin möhtəşəm abidəsi ziyarət olunub, qarşısına qızılgüllər düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Mərasim iştirakçıları unudulmaz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, dövlət himni oxunub. Sonra “Tarixin 50 ili, 50 ilin tarixi” adlı videoçarx nümayiş olunub.

Təntənəli mərasimdən əvvəl Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani ümummilli lider Heydər Əliyevin Vətənə və xalqa həsr olunan mənalı ömür yolu barədə ətraflı məlumat verib və ulu öndərin siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası məhz 1969-cu ilin iyulun 14-də qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev xalqımızın həyatında möhtəşəm intibaha nail olmuş, milli, müstəqil dövlətin bərpası üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı gələcəyinin başlanğıcı kimi mühüm əhəmiyyət kəsb edir.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək vurğulayıb ki, ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıcı dövrüdür. Dahi rəhbərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Uzaqgörən böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji, siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmış, cəmiyyəti bütün sahələri üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanmışdır ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq.
Müdafiə nazirinin müavini xalqımızın böyük oğlu Heydər Əliyevin ötən əsrin 70-ci illərində yaratmış olduğu indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin xalqımızın və dövlətimizin taleyindəki müstəsna əhəmiyyətindən geniş bəhs edərək bu hərbi təhsil ocağının müasir Azərbaycan Ordusunun yaranmasında və formalaşmasında müstəsna rolundan danışıb.

Mərasim iştirakçıları nazir müavininin ulu öndərlə bağlı xatirələrini maraqla dinləyiblər.

Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Rasim Əliyevin də xalqımızın xilaskar oğlu barədə xatirələri tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.

Respublikanın Xalq artisti Mübariz Tağıyevin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi “Nəğmələrdə, ürəklərdə yaşayır ulu öndər” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya şəxsi heyətə təqdim edilib.

Yekunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.//ölkə.azскачать dle 11.3
Mojo.az Banner