Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?
Ötən gün səhər saatlarında bir qrup şəxsin təhsil müəssisələrində münaqişəli vəziyyət yaratması, ictimai qaydanı pozması və tədris prosesinə mane olmağa cəhd göstərməsi hüquqi məsuliyyət məsələsini gündəmə gətirib. Hadisə zamanı radikal dini şüarların səsləndirilməsi də təhsil müəssisələrində qanunvericiliyin tələblərinə əməl olunması və ictimai asayişin qorunması ilə bağlı müzakirələrə səbəb olub.
Təhsil müəssisələrində münaqişə yaratmaq, ictimai qaydanı pozmaq, müəllimlərin fəaliyyətinə mane olmaq və radikal dini şüarlar səsləndirmək qanunvericilik baxımından necə qiymətləndirilir?
Bu barədə hüquqşünas Vüqar Məmmədov Median.Az-a açıqlamasında bildirib ki, təhsil müəssisəsində bir qrup şəxsin münaqişə yaratması, məktəbin şüşələrini sındırması və əməkdaşlara qarşı fiziki zorakılıq göstərməsi hüquqi baxımdan ciddi məsuliyyət yaradır:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən, xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə, əməlindən asılı olaraq, şəxsləri bir ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Məktəbin əmlakına qəsdən ziyan vurulması isə ziyanın məbləğindən və hadisənin hallarından asılı olaraq, Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə qiymətləndirilə bilər. Belə ki, 5 000 manatdan yuxarı, 50 000 manatadək ziyan xeyli miqdar hesab olunur. Bu halda əmlakı qəsdən zədələməyə görə ziyanın iki mislindən üç mislinədək cərimə, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək həbs cəzası tətbiq oluna bilər. Ziyan 50 000 manatdan yuxarı olduqda və ya əməldə qanunda göstərilən digər ağırlaşdırıcı hallar olduqda, üç ildən yeddi ilədək həbs cəzası nəzərdə tutulur. Ziyan 500 000 manatdan artıq olduqda isə yeddi ildən on ilədək həbs cəzası tətbiq oluna bilər”.
O sonda qeyd edib ki, məktəbə dəymiş maddi ziyanın təqsirkar şəxslərdən tələb edilməsi mümkündür:
“Əməkdaşlara xəsarət yetirilibsə, xəsarətin ağırlığından asılı olaraq əlavə məsuliyyət də yarana bilər. Ancaq konkret cəzanın müəyyən edilməsi üçün hadisənin bütün halları, şəxslərin hərəkətləri, xəsarətlərin dərəcəsi və vurulmuş ziyanın məbləği araşdırılmalıdır. Əsas məsələ odur ki, məktəbdə zorakılıq və tədris prosesinə mane olmaq adi mübahisə kimi qiymətləndirilə bilməz”.
Aysel