Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi

13.10.2026 13:06 312
Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi
Panamada, Sona şəhərinin 32 kilometr cənub-qərbində 6.4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.

Yeraltı təkanlar Bakı vaxtı ilə bu gün saat 03:20-də (yerli vaxtla oktyabrın 12-də saat 18:20) baş verib. Seysmoloji mərkəzin məlumatına əsasən, təkanların ocağı 5 kilometr dərinlikdə olub.

Məlumata görə, baş vermiş güclü təkanlar 6 mindən artıq insana təsir etsə də, xəsarət alan və ölən olmayıb.

Ölkə prezidenti Xose Raul Mulino vətəndaşlara ünvanladığı müraciətində bildirib: "İndiyədək 1 744 evə baxış keçirilib, 6 174 nəfərin zərər çəkdiyi müəyyənləşib. Yoxlamalar davam etdikcə bu göstəricilər yenilənəcək".

Mulino zəlzələnin dağıdıcı təsirinin yüksək olduğunu və ekspertlərin ziyanın həcmini hesablamağa davam etdiyini vurğulayıb. Eyni zamanda, hökumət ərzaq, eləcə də içməli su təminatını həyata keçirir, elektrik enerjisinin bərpası, yol və körpülərin təmiri ilə məşğul olur.

"Kömək və dəstəyə daha çox ehtiyacı olanlara yardımların çatdırılması üçün zəruri resursları əsirgəməyəcəyəm", - deyə prezident bəyan edib.

Sosial şəbəkələrdə sunami təhlükəsi və Panama kanalı üzərində yerləşən ABŞ körpüsünün bağlanması ilə bağlı yayılan saxta xəbərlərə münasibət bildirən Mulino əlavə edib: "Buna bənzər heç bir hadisə yaşanmayıb, yayılan məlumatlar isə sadəcə yersiz təşviş və gərginlik yaradıb".

Xatırladaq ki, oktyabrın 9-da Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Panamada yerli vaxtla saat 11:56-da (Bakı vaxtı ilə saat 21:56) 7.6 bal gücündə zəlzələ olduğunu açıqlamışdı. Həmin vaxt episentr paytaxtdan 213 km cənub-qərbdə, ocaq isə 12 km dərinlikdə qeydə alınmışdı.//oxu.az

Son xəbərlər