Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda qadın qızını vaqonda unudub

12.07.2019 20:13 1 567
Bakı metrosunda qadın qızını vaqonda unudub
“Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında qatardan düşən qadın 11 yaşlı qızını vaqonda unudub.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:40 radələrində baş verib.

Belə ki, özünü uşağın anası və xalası kimi təqdim edən iki qadın stansiya növbətçisinə yaxınlaşaraq övladlarını "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda unutduqlarını bildiribər. Növbətçi isə aidiyyəti üzrə dispetçeri məlumatlandırıb.

Bir qədər sonra isə növbətçiyə yaxınlaşan valideyn deyib ki, uşaqla bağlı narahatlığa ehtiyac yoxdur və övladı qatarda digər xalası ilə qalıb. Hadisənin təfərrüatı ilə bağlı danışan ana bildirib ki, qatar stansiyaya yaxınlaşan zaman onun mobil telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışan qadın uşağın vaqonda qaldığından xəbər tutmayıb.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, qadının vaqonda qalmış uşağı xalası ilə növbəti stansiyada - “Gənclik”də düşüb: "Bir qədər sonra onlar görüşüblər. Uşaq xalasının yanında olduğu üçün hadisə itmə kimi qeydiyyata alınmayıb".скачать dle 11.3
Mojo.az Banner