Mojo.az Banner
21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çatdırılma xidməti bu səhvlərə yol versə, zəhərlənə də bilərik

11.07.2019 17:16 2 942
Çatdırılma xidməti bu səhvlərə yol versə, zəhərlənə də bilərik
Kafe və restoranlardan sifariş edilən yeməklərin ünvana vaxtında və keyfiyyətli şəkildə çatdırılması hər bir müştərinin istəyidir. Təəssüf ki, bəzən çatdırılma xidməti göstərən restoranlar sifarişləri gecikdirir, bəzən də yeməklər soyumuş halda gətirilir.

Bəzi restoranlarda isə ödənişli çatdırılma ilə şəhərlərarası sifarişlər də qəbul edilir - heç bir soyuducu və zəruri avadanlıqdan istifadə etmədən.

Əslində, necə olmalıdır? Çatdırılma xidməti göstərən restoranlarda qidaların keyfiyyəti necə qorunur? Xüsusilə yay aylarında sifarişlərin çatdırılması zamanı nələrə diqqət yetirilməlidir?

Oxu.Az-ın bu və digər suallarını Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova cavablandırıb.

Onun sözlərinə görə, yay aylarında logistik xidmət göstərən restoranlar “soyuq zəncir” deyilən məqama diqqət yetirməlidir:

“Əgər çatdırılma xidməti göstərən restoranlar sifarişi təyin edilən ünvana çatdırana qədər soyuq zəncirə əməl edirlərsə, bu, artıq qayda pozuntusu hesab olunmur. Çünki sifariş müştəriyə çatdırılana qədər soyuducu kamerası olan avtomobillərdə daşınır. Soyuq qida zənciri qorumağın başqa bir yolu isə 2-3 saat ərzində məhsulu soyuq şəkildə saxlayan qutulardan istifadə etməkdir.

Əgər logistik xidmət göstərən restoranlar buna əməl etməsə, sifariş edilən salatlar, yeməklər ünvana çatdırılana qədər xarab ola bilər. Bu halda isə istehlakçının qidadan zəhərlənmə riski yüksəkdir. Ona görə də çatdırılma məsafəsi qısa olmalıdır. Düşünürük ki, qida təhlükəsizliyi baxımından bunu hər bir sahibkar bilməlidir. Əks halda, bu, qida təhlükəsizliyi qaydalarının pozulması deməkdir”.

A.Cəlilova qidaların daşınmasında istifadə edilən plastik qabların növlərinin də düzgün seçilməsinin vacib olduğunu bildirib:

“Plastik qabların müxtəlif növləri var. Sahibkarlar bunu bilir və qidalarla birbaşa təmasda olan qabların xüsusi lisenziyaları olur. Həmin lisenziyalara görə, plastik qablar isti və ya soyuq yeməklərin keyfiyyətinə və dadına heç bir ziyan verə bilməz. Lakin bütün bu hallar yenə də dediyimiz soyuq zəncir qorunduğu müddətdə zərərsiz və təhlükəsizdir”.скачать dle 11.3
Mojo.az Banner