Mojo.az Banner
16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı - FOTO

11.07.2019 18:52 1 883
Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı - FOTO
Sosial şəbəkələrdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin gənc oğlana yardım etməkdən imtina etməsinə dair xəbər yayılıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, məlumat Vüsalə Əlizadə adlı sosial şəbəkə istifadəçisi tərəfindən səhifələrdən birində paylaşılıb.


İddia edilir ki, fotoda gördüyünüz gənc vərəm xəstəsidir. Valideynlərinin pulu olmadığından heç bir həkim oğlana yaxın durmur. Gəncin ciyərlərinə su yığıldığı və vəziyyətinin ağırlaşması səbəbindən Bakıya göndərildiyi iddia edilir.

Səhiyyə Nazirliyindən Oxu.Az-a məsələ ilə bağlı rəsmi münasibət bildirilib. Qeyd olunub ki, həmin şəxsin atası ərizə yazaraq xəstxanadan şikayətçi olmadığını və hadisələrin təhrif olunaraq cəmiyyətə təqdim edildiyini bildirib:


“Mən Kərimov Kərim Nadir oğlu oğlum Kərimov Sahili Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna taksi ilə gətirdim. Sabirabad rayonundan gəldiyimiz və yolumuz uzaq olduğu üçün oğlumun vəziyyəti yolda ağırlaşdı. Ürəyi bulandı, başı gicəlləndi. Sürücü bizi xəstəxananın qapısında düşürüb getdi. Mən oğlumu pilləkənlərə söykədim və həkimlərdən kömək etmələrini istədim. Növbətçi həkim bizə xərək gətirdi və liftlə oğlumu şöbəyə qaldırdılar. Şöbədə cərrah Məsud həkim tərəfindən uşağıma zəruri tibbi yardım göstərildi. Uşağımın vəziyyəti yaxşılaşdı. İnstitutun əməkdaşlarına qarşı heç bir iradım yoxdur”.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun həkim-pulmonoloqu Əliyeva Günay Fəxrəddin qızı da izahat yazıb. O, izahatında xəstəyə pnevmoplevrit diaqnozu qoyulduğu üçün Döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirildiyini bildirib:

скачать dle 11.3
Mojo.az Banner