Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Hər kəs öz istədiyi soyadı götürə bilməz" - Soyadlarla bağlı qanun layihəsi hazırlanır

09.07.2019 16:42 1 374
"Azərbaycanda soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

Median.Az
report-a istinadən xəbər verir ki, Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yeni soyadların verilməsi və dəyişdirilməsinə görə edilən müraciətləri baxılması üçün Ədliyyə Nazirliyinə göndərib.

S.Sadıqovanın sözlərinə görə, Ədliyyə Nazirliyinin soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı hazırlayacağı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq:

"Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya edilən müraciətlərə Ədliyyə Nazirliyi tərəfindən baxıldıqdan sonra yekun rəy veriləcək. Hazırda bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanır. Həmin layihənin Milli Məclisə təqdim olunacağı gözlənilir. Çünki dəyişdirilməsi üçün müraciət olunan həmin soyadlar hüquqi cəhətdən tənzimlənməlidir. Biz hazırda soyadlarla bağlı edilən müraciətlərə nə müsbət, nə də mənfi cavab verə bilmirik. Çünki bu, araşdırılmalı və müxtəlif prosedurlardan keçməlidir. Biz bunları sənədləşdirib Ədliyyə Nazirliyinə göndərmişik. Axı hər kəs öz istədiyi soyadı götürə bilməz. Onun dəyişmək istədiyi soyadı araşdırılmalı və kökü müəyyən olunmalıdır".

Son xəbərlər