Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayrağımız yenə tərsinə qoyuldu: bu dəfə nazirin görüşündə - FOTO

09.07.2019 13:05 4 585
Bayrağımız yenə tərsinə qoyuldu: bu dəfə nazirin görüşündə - FOTO
Dünən İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.

Görüşdə xoşagəlməz hal yaşanıb.

Görüş zamanı masanın üzərinə Azərbaycan bayrağı tərsinə qoyulub. Görüşün fotolarında bunu aydın görmək olar.



Daha sonra Azərbaycan İqtisadiyyat Nazirliyi yaydığı rəsmi məlumatda fotoda düzəliş edib.

Qeyd edək ki, görüşdə sənaye, o cümlədən, neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də, nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Onu da bildirək ki, analoji hal bir neçə başqa tədbirlərdə də təkrarlanıb.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner