Mojo.az Banner
12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır

03.07.2019 12:20 1 978
SOCAR Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır
Gürcüstanın Tercola (Terjola) şəhəri yaxınlığında SOCAR brendi ilə yeni yanacaqdoldurma kompleksi inşa olunur.

Bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

O qeyd edib ki, bu kompleks “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər uzanan əsas magistral avtomobil yolunda SOCAR brendi ilə fəaliyyət göstərəcək beşinci kompleks olacaq:

“Bilirsiniz ki, Gürcüstanda geniş yanacaqdoldurma şəbəkəmiz var. Bu, Azərbaycandan kənarda ilk şəbəkəmiz olub və indi də bu şəbəkə inkişaf etməkdədir. SOCAR Gürcüstanda şəbəkəsini genişləndirməkdə maraqlıdır. Hazırda Gürcüstanda bütün ölkə üzrə şəbəkə torunu yaratmışıq. Qonşu ölkənin elə bir yeri yoxdur ki, orada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə (YDM) rast gəlməyəsiniz.

Həmçinin, Tbilisidən başqa Gürcüstanın bütün ərazisində Azərbaycanın qaz distribusiya şəbəkəsi fəaliyyət göstərir. Hazırda YDM şəbəkələri baxımından şirkətin belə böyük inkişaf planı elan etməsinə ehtiyac yoxdur. Biz müəyyən həddə çatmışıq ki, geniş inkişafa ehtiyac yoxdur. Amma Gürcüstanda böyük tikintilər həyata keçirilir.

Bu isə müəyyən yolların əhəmiyyətini artırır, yaxud azaldır. Ölkənin infrastruktur xəritəsi dəyişməyə başlayır və biz buna reaksiya veririk. Xüsusilə “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər ölkənin əsas magistral avtomobil yolunun xüsusiyyətini, əhəmiyyətini nəzərə alıb, yeni YDM-ləri kompleks şəkildə inşa edirik. Bizim belə bir kompleksimiz Tercola (Terjola) məntəqəsi yaxınlığında inşa olunur. Yol boyu artıq belə dörd böyük məntəqəmiz var, bu da beşinci olacaq”, - M.Məmmədov əlavə edib.скачать dle 11.3
Mojo.az Banner