Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Luvrda saxlanılan 3 Azərbaycan xalçası Bakıda - FOTO

02.07.2019 22:47 3 392
Luvrda saxlanılan 3 Azərbaycan xalçası Bakıda - FOTO
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi keçirilib.
APA -nın məlumatına görə, sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət Naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və xarici qonaqlar iştirak ediblər.
Nazir Ə.Qarayev bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində bir sıra tədbirlər həyata keçirilir: "O cümlədən bu təqdimat da həmin tədbirlər silsiləsinə daxildir. Sərgi Fransa səfirliyi ilə birlikdə həyata keçirilir. Bu gün sərgidə Luvr Muzeyində saxlanılan 3 Azərbaycan xalçası ilk dəfə nümayiş olunacaq. Sevindirici haldır ki, bu xalçaların üzərində artıq Azərbaycanın etiketi yazılır. Bu o deməkdir ki, dünyanın ən nüfuzlu muzeylərindən birində Azərbaycan xalqının yaradıcılığına məxsus əl işləri saxlanılır. Bu faktı artıq bütün dünya qəbul edir. Hesab edirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına gəlmiş qonaqlara bu faktı təqdim etməklə biz öz böyük mədəniyyətimizi əyani surətdə təqdim etməyə müvəffəq olduq".
Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez Azərbaycan Xalça Muzeyinin əməkdaşlıq üçün məhz Luvr Muzeyini seçdiyinə görə sevindiyini bildirib: "Bu sərgi vasitəsilə Fransa UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında ön plana keçmişdir. Biz bununla fəxr edir və Azərbaycana təşəkkürümüzü bildiririk. Mən bu münasibətlə Vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsi ilə Luvr Muzeyində yerləşən İslam İncəsənəti İdarəsinin və bu gün nümayiş olunan xalçaların bəzilərinin bərpasına maddi yardım göstərib".
Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi bu Xalça Muzeyi üçün çox önəmlidir: "Luvr Muzeyi ilə əməkdaşlıq çərçivəsində onun daimi ekspozisiyasından 3 xalça təqdim olunur. Bunlar 18, 19 və 20-ci əsrin əvvəllərində hazırlanmış xalçalardır. Xalçalar sentyabrın 30-a qədər nümayiş olunacaq".

скачать dle 11.3
Mojo.az Banner