Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gələn il Bakıda yeni metrostansiya açılacaq (AÇIQLAMA)

29.06.2019 17:37 4 351
Gələn il Bakıda yeni metrostansiya açılacaq (AÇIQLAMA)
"2020-ci ildə Bakı Metropoliteninin yeni stansiyasının açılması planlaşdırılır".

Bu sözləri Qaynarinfo-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi açılacaq yeni stansiyanın yerləşdiyi ərazini də açıqlayıb: "Bu bənövşəyi xəttin 3-cü stansiyasıdır. Ceyhun Səlimov küçəsi, hərbi hospitalın qarşısında yerləşir”.

Bəxtiyar Məmmədov bildirib ki, müəyyən olunmuş tədbirlər planına əsasən Xətai stansiyasında işlər davam etdirilir. Artıq eskalatorlar quraşdırılıb, sazlama, tənzimləmə işləri aparılır.

Son xəbərlər