Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən əhaliyə - MÜRACİƏT

25.06.2019 17:46 4 909
Yol polisindən əhaliyə - MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümünün başlaması ilə bölgələrdə kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişinin artması ilə əlaqədar baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.

İdarədən bildirilib ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən, kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların, habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir. Bu da yollarda görünüş dairəsinin məhdudlaşmasına və nəticədə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır:

“Bu kimi halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika saz vəziyyətdə olmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilən hərəkət marşrutlarından kənara çıxılmamalı və sürət rejiminə əməl olunmalıdır”.

Qeyd olunub ki, kənd təsərrüfatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa, DYP bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.скачать dle 11.3
Mojo.az Banner