Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əli Nağıyev DTX kollektivinə təqdim edilib

21.06.2019 19:44 2 323
Əli Nağıyev DTX kollektivinə təqdim edilib
Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev DTX-nin kollektivinə təqdim olunub.

Median.Az
xəbər verir ki, yeni rəisi kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və əmin edib ki, Ali Baş Komandanın müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəflə xidmət üçün bütün imkanlar bundan sonra da tam səfərbər olunacaq.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin şanlı vətənpərvərlik və peşəkarlıq irsi Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyət tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

Təqdimat tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin olunmuş Mədət Quliyev şəxsi heyətlə vidalaşıb və xidmətdə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Eyni zamanda bu gün Baş Prokuror Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokuror çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlət başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

Son xəbərlər