Mojo.az Banner
12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacaq, şimşək çaxacaq

20.06.2019 20:21 2 236
Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacaq, şimşək çaxacaq
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacağı gözlənilir.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, şəhərdə yüksək tempaturu bu gündən etibarən şimşək çaxması və güclü yağış əvəzləyib.

Buna görə də təşkilatçılar sabah “Dinamo Arena”da keçiriləcək açılış mərasimi vaxtı pis havanın yan keçəcəyinə ümid edir. “Minsk-2019”un icraçı direktoru Saymon Kleq bu barədə danışıb:

“Hava bizim nəzarətimizdən kənardır. Sabah üçün günortadan sonra yağışın olacağı gözlənilir. Avropa Oyunlarının Minsk Təşkilat Komitəsi (MEGOC) bu problemin həlli üçün mümkün tədbirlər görməyə çalışır”.

Azarkeşlərə mümkün fırtına barədə xəbərdarlıq edilsə də, onlara çətirlə stadiona daxil olmağa icazə verilməyəcək.

Yeri gəlmişkən, meydan sahiblərinin bayraqdarı altı dəfə Olimpiya Oyunlarının iştirakçısı olmuş stolüstü tennis üzrə idmançı Vladimir Samsonov olacaq. Bakıda keçirilmiş I Avropa Oyunlarında qızıl medal qazanmış güləşçi Vasilisa Marzalyuk isə bütün idmançılar adından andiçmədə iştirak edəcək.

Qeyd edək ki, sabah Avropa Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 82 idmançı ilə qatılacaq milli komandamızın bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq.скачать dle 11.3
Mojo.az Banner