Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər

19.06.2019 20:24 1 904
Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər
Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın cənazəsi Fransadan Türkiyəyə gətirilərək dəfn edilə bilər.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kral FM”də canlı yayımda bildirib.

T. Ərdoğan deyib ki, əgər ailəsi istərsə, bunu üçün müvafiq addımları atarlar. Türkiyə Prezidenti ölkədə hər hansı partiyanın seçicisinə həqarətlə yanaşmadığını, tənqidlərinin həmin partiyaların terrorla əlaqəli rəhbərliyinə yönəlik olduğunu vurğulayıb.

Qeyd edək ki, Ə. Kaya 28 oktyabr 1957-ci ildə Malatyada anadan olub. Anası türk, atası kürd əsilli olan A. Kaya mahnılarında terroru təbliğdə günahlandırılıb. 10 yanvar 1999-cu ildə Maqazin Qəzetçiləri Dərnəyi tərəfindən ilin ən yaxşı sənətçisi mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində kürd dilində nəğmə yazdığını və həmin mahnını telekanallarda səsləndirmək istədiyini bildirib. Bu, ciddi təpgilərə yol açıb və müğənni oteldən xüsusi mühafizə altında çıxarılıb. A. Kaya16 noyabr 2000-ci ildə Parisdə evində ürək tutmasından vəfat edib, 17 noyabrda Parisdə dəfn olunub.

Son xəbərlər