Mojo.az Banner
16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Fuad Abbasov həbsdə olmasının səbəblərini özü açıqladı - sensasion telefon bəyanatı - VİDEO

18.06.2019 14:43 5 193
Fuad Abbasov həbsdə olmasının səbəblərini özü açıqladı - sensasion telefon bəyanatı - VİDEO
"Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar”

Hazırda Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov ictimaiyyətə audio müraciət yollayıb. Həmin səs yazısında jurnalist həbsdə olmasının səbəbi və bunun arxasında dayanan qüvvələr barədə danışıb.

Median.Az Musavat.com-a istinadən xəbər verir ki, F.Abbasov sözügedən səs yazısında günlərdir qanunsuz olaraq azadlıqdan məhrum olunduğunu deyərək detalları səsləndirib: "Vacib deyil ki, bu günlər ərzində məni hansı xəyal qırıqlıqları, kədər müşayiət edir. Mən şikayət etmirəm və əsəbə, kədərə də məğlub olmuram. Mən 25 ildir ki, əsirlikdə olan Qarabağ əhalisindən, insanlarından heç nə ilə üstün deyiləm. Onların acınacaqlı, faciəli taleyi mənimki də ola bilərdi. Mən Allaha ona görə minnətdaram ki, bu günlər ərzində insanları daha çox tanıdım, nəinki azadlıqda olduğum müddətdə. Son baş verən hadisələrlə bağlı bütün diqqət Rusiyadakı Azərbaycan diasporasının üzərindədir. Bir çox diaspora nümayəndələri bu haqda özləri bildirdilər. Onları bu məsələdə qonşu ölkələrin iclmaları da dəstəkləyiblər. Guya Fuad Abbasov azadlıqdan məhrum olunub, deportasiya olunub. Ona görə ki, onu Azərbaycan diasporasının nümayəndələri şikayət ediblər. Əslindəsə bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mən indi satqınlardan danışmaq istəmirəm. Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar. Amma mən indi burdayamsa, bu, diaspora tərəfindən ittihamlara və diaspora daxilindəki problemlərə görə deyil. Əsas səbəb azərbaycanlıların Rusiyada hüquqlarının pozulmaslıdır. Əslində bu, belədir. Mənimlə baş verənlərin əsas səbəbi Rusiyada yaşayan azərbaycanlıların problemlərinin səsləndirilməsidir. Xüsusən də federal kanallarda, ictimai rəyin formalaşdığı media məkanlarında çıxışlarımdır. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasındakı münasibətləri pozmağa cəhddir”.

F.Abbasov eyni zamanda bildirib ki, efirdəki hər tənqidi çıxışından sonra onunla hüquq-mühafizə orqanları maraqlanırdılar: "Bu efirlər də diaspora ilə bağlı idi. Nəyə görə 15 mart 2019-cu ildəki, 15 may 2019-cu ildəki efirdən sonra hüquq-mühafizə orqanları mənimlə maraqlandı? Bu efirlər Azərbaycan diasporası ilə bağlı idi. Bunu diasporadaxili problem kimi qələmə vermək istəsələr də, bu, onunla bağlı deyil. Mənim saxlanmağımın əsas səbəbini jurnlast Maksim Şevçenko səsləndirib. Ona cəsarətinə görə təşəkkür edirəm. Burda məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir. Kimlərəsə bu, çox da xoş gəlmir. Kimsə istəyir ki, sözün hərfi mənasında azərbaycanlıların və türk qardaşların səsini Rusiya efirindən, internet məkanlarından silsinlər. Bu, müxtəlif ölkələrin illərlə davam edən planlarına ziddir. Ona görə də onlar yalan xəbərlə, sifarişli addımlar atırlar. Sifarişçi və icraçılar bununla dayanmayacaqlar. Onlar müxtəlif ittihamlar uyduracaqlar ki, mənim səsimi azadlıqdan məhrum etdikləri divarlar arasında kəssinlər. Amma son günlər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edənlər də var. İndi mən sifarişçi və icraçılar, eləcə də bundan istifadə edənlər barədə danışmaq istəmirəm. Bəlkə də bəzi analitiklər bu haqda artıq yazıblar. Amma mənim bu dörd divar arasında olmağım Rusiyada Azərbaycan və Türkiyənin səsini çatdırmağımla bağlı ictimai fəaliyyətimlə bağlıdır. Mən düşünmürəm ki, yaxın zamanda kimsə mənim bu təcrübəmi təkrarlamaq istəsin. Çünki bu, göz qorxutmaq üçün hesablanıb. Məqsəd odur ki, heç kim Fuad Abbasov kimi hərəkət etməsin. Bəlkə də onlar öz məqsədlərinə nail olacaqlar. Ya da mənim yolumu davam edəcək soydaşlarımız tapılacaq. Amma nə olursa olsun, mən demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Özünüzü heç nə ilə məhdudlaşdırmayın. Əgər sizin deməyə nəsə sözünüz varsa! Öz hüquqlarınızı müdafiə etmək və Rusiyada öz sözünüzü demək istəyirsizsə, bunu edin. Qorxudulma aktlarına, opponentlərinizə rəğmən, bunu edin. Ümid edirəm ki, yaxın zamanlarda azadlığa çıxa biləcəm, sizinlə normal ünsiyyət quracam. Mən azadlıqdan məhrum olmuşam indi. Bəlkə də gələcəkdə bunu deməyə imkanım olmayacaq”.

F.Abbasov sonda onu müdafiə edən hər kəsə, xüsusilə də Rusiyadakı Azərbaycan səfirliyinə təşəkkür etdi: "Ümid edirəm ki, Rusiya hüquq mühafizə orqanları bütün hallarda həqiqətin yanında olacaq və indiki situasiyada ən düzgün qərarı verəcək”.



скачать dle 11.3
Mojo.az Banner