Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı

14.06.2019 13:20 1 476
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
Bu gündən etibarən Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayıb.

Reysin açılış mərasimi baş tutub.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib ki, Batumiyə reysin açılması mühüm hadisədir:

“Birbaşa reyslərin olması iki ölkə arasında turizm sahəsinin inkişafına daha da dəstək verəcək. Batumi turizm şəhərdir. Əminəm ki, ora gedən insanlar çox gözəl vaxt keçirəcəklər”.

Bu lou-kosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turizm şəhəridir.

“Azərbaycan Hava Hava Yollar” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev bildirib ki, “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlaması əlamətdar hadisədir:

“Bu yeni reysin istiqaməti iki ölkə arasında turizmin inkişafına şərait yaradacaq. Bu reysdən istifadə edən insanların sayının çox olması gözlənilir. Bu mövsümdə “Buta Airways”in açılan son reysidir. Şirkət bir neçə istiqamətdə öz reyslərini açıb. Şirkətin təklif etdiyi qiymətlər insanların büdcəsinə uyğundur”.

Aviaşirkətin digər istiqamətləri kimi, Bakı-Batumi istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner