Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan Azərbaycandan turist cəlb etməyə başlayıb

16.03.2021 21:36 900
Gürcüstan Azərbaycandan turist cəlb etməyə başlayıb
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkənin aparıcı turoperatorları ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, səfirlikdə baş tutan görüşdə AZAL-ın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr üzrə departament rəhbəri Sevinc Zeynallı, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev iştirak edib.

Z.Patardze ilk öncə iki ölkə arasında martın 19-dan Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların bərpası barədə razılığın əldə edildiyini bildirib.

Diplomat Gürcüstanın turizm sektorunda hazırkı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Gürcüstanın da turizm sahəsinə ciddi zərər vurub, lakin son zamanlar ölkədəki epidemioloji vəziyyət bu sahəni canlandırmağa imkan verir.

Z.Pataradze Gürcüstanda artıq qış kurortlarının açıldığını, mehmanxana və restoranların da fəaliyyətlərini bərpa etdiyini qeyd edib.

Səfir Gürcüstanda martın 15-dən vaksinasiyanın ilk mərhələsinə başlanıldığını və prosesin uğurla davam etdirildiyini diqqətə çatdırıb. O həmçinin Gürcüstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi və birgə turizm paketlərinin hazırlanmasının önəmi barədə danışıb.

Z.Pataradze Azərbaycan vətəndaşlarının Gürcüstana daxil olması ilə bağlı şərtlər barədə də görüş iştirakçılarını məlumatlandırıb.

AZAL nümayəndəsi tədbir iştirakçılarını Bakı-Tbilisi-Bakı reyslərinin cədvəli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tətbiq olunan qaydalarla tanış edib.

Görüş daha sonra sual-cavab formatında davam etdirilib.скачать dle 11.3
Mojo.az Banner