Mojo.az Banner
21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Nabran çimərlikləri tarixə qovuşur?

13.06.2019 23:40 1 680
Nabran çimərlikləri tarixə qovuşur?
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlarının Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində keçirdiyi monitorinqin nəticələrinə əsasən Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsız olduğu aşkarlanıb.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Antalyası hesab edilən Nabranda 60-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir. Hər il bura minlərlə yerli və xarici turist istirahətə gəlir. Ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar isə ilk dəfədir çimərliyin yararsız olması ilə bağlı qərar qəbul edildiyini deyirlər. Turizm obyektlərinin sahibləri turistlərin gəlməyəcəyindən çox narahatdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki turizm obyektlərini mütəmadi olaraq cərimələməsi onu deməyə əsas verir ki, Nabran çimərliklərini istifadəyə yararsız vəziyyətə salan səbəblərdən başlıcası elə sözügedən obyektlərdir.

Turizm eksperti Həzrətqulu Əhmədov Oxu.Az-a açıqlamasında bildirir ki, ərazidə kanalizasiya sisteminin olmaması Xəzərin çirklənməsinə səbəb olur. Xüsusən də böyük turizm obyektləri xeyli vəsait qazansalar da dənizin çirklənməməsi üçün lazım olan qurğuları quraşdırmırlar. Nabrandakı çimərliklərdə bakteriyaların insana zərəli olacaq qədər çox olmasının başlıca səbəbi də budur.

Turizm eksperti ölkəyə bu qədər turistin səfər etdiyi bir dövrdə Nabranın qonaqların üzünə bağlı olmasının xeyli turist azalmasına səbəb olacağını deyir. Nabranın imicini itirməməsi üçün isə həm turizm obyektlərinin sahibləri, həm də qurumlar hərəkətə keçməlidir.

Adı ilə məşhur olan Nabrandan fərqli olaraq Xaçmazın digər sahilləri - Yalama, Seyidlər və İstisu bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğundan bu yerlər çimmək üçün yararlı hesab olunur.

скачать dle 11.3
Mojo.az Banner