Mojo.az Banner
22:09 Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb - FOTO  |     22:01 ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır  |     21:56 Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı  |     21:49 Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı  |     21:43 İran bu şəhərlərə uçuşları bərpa edir  |     21:38 "Beşiktaş"ın sabiq futbolçusu vəfat etdi  |     21:31 Göygöldə təcili yardım maşını qəzaya düşdü  |     21:26 "Son zəng" tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır  |     21:17 Maduronun həbsini mərc etdi - 400 min qazandı  |     21:12 Şənbə günü yağış yağacaq  |     21:04 Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var  |     20:59 "Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı  |     20:50 Bu ölkədə 6 nazir bir gündə istefa verdi  |     20:44 ""Avant"ın rəhbəri rahat yatsın, biz səs-küyə dözək?" - Aparıcıdan şikayət (Video)  |     20:39 ABŞ yeni bir plan hazırlayır - CNN  |     20:35 Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya  |     20:31 "Olympus Park" şirkətindən ŞİKAYƏT - Video  |     20:17 Macarıstanda ilk dəfə görmə məhdudiyyətli siyasətçi nazir təyin edilib  |     20:09 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir  |     20:07 Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: Hər iki tərəfə 193 hərbçi qaytarıldı  |    
Left Banner
Right Banner

Salyanda 250 yaşı olan “Quran” kitabları saxlanılır - FOTO

05.06.2019 15:32 2 234
Salyanda 250 yaşı olan “Quran” kitabları saxlanılır - FOTO
Qafqaz müsəlmanlarının III şeyxülislamı Şeyx Əhməd Səlyaniyə məxsus 250 ildən artıq yaşı olan iki “Quran” Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasında saxlanılır. Şeyx Əhməd Səlyaniyə məxsus olan bu kitablar kitabxananın xüsusi şöbəsində qorunur.

Salyan mərkəzləşdirilmiş kitabxanasında bir neçə ildir “Kitab abidələr”i mövcuddur.

Həmin kitablar dövlət reystr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda “Kitab abidələr”in bir əsrdən çox yaşı var. Bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları isə “Quran” kitabının nümunələridir. Bunların arasında ən dəyərlisi iki Qurani-Kərim kitabıdır. Həmin kitablar Şeyx Əhməd Səlyaniyə məxsus kitablardır.

Deyilənlərə görə, Şeyx Əhməd Səlyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə kimsənin əlinə keçməsin deyə torpağın altında basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb. Bu yaxınlarda isə həmin kitablar mərkəzi kitabxanaya hədiyyə verilib.







Qeyd edək ki, 1812-ci ildə Salyanda doğulub 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Səlyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner