Mojo.az Banner
12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi Bakı Fransa şəhəri ilə Xocavənd arasında sazişin “ləğvi”ni alqışlayır

04.06.2019 22:30 1 428
Rəsmi Bakı Fransa şəhəri ilə Xocavənd arasında sazişin “ləğvi”ni alqışlayır
Xarici İşlər Nazirliyi Fransa Respublikasının Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsinin bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni "saziş"in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.

Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır.

Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil.скачать dle 11.3
Mojo.az Banner