Mojo.az Banner
12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |    
Mojo.az Avto
Mojo.az Avto

İş yerini dəyişmək istəyən müəllimlər üçün bu SOSİAL AMİLLƏR nəzərə alınacaq

04.06.2019 21:41 1 577
İş yerini dəyişmək istəyən müəllimlər üçün bu SOSİAL AMİLLƏR nəzərə alınacaq
Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı namizədlər üçün nəzərə alınacaq sosial amilləri açıqlayıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, yerdəyişmə müsabiqəsi nəzərə alınan sosial amillər ər və ya arvadın hərbçi olması, şəhid ailəsinin üzvü olma, namizədin iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişməsidir.

Bu sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə tələb olunan bəzi sənədləri yükləməlidirlər.

Əri və ya arvadı hərbçi olduqda namizəd nikah haqqında şəhadətnamənin surətini, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, şəhid ailəsinin üzvü olduqda şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini, qeyd olunan bu şərtləri ödədikdə sosial amilləri təsdiq edən bütün sənədlərin surətini sistemə əlavə etməlidirlər.

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq.скачать dle 11.3
Mojo.az Banner