Mojo.az Banner
17:29 Şənbə günü 38 dərəcə isti olacaq  |     17:22 15 yaşlı qız beş qohumunu amansızcasına qətlə yetirdi - ABŞ-də dəhşət  |     17:18 Dünya çempionatının final matçı təxirə salına bilər  |     17:10 Kuryerə qarşı soyğunçuluq edildi  |     17:05 Azad edilmiş ərazilərdə 287 385 ha minadan təmizlənib  |     16:57 Yas mərasimlərində 48 nəfər zəhərlənib  |     16:52 İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanıldı  |     16:45 Yeniyetmələr arasında energetik içkilərin istehlakı artır  |     16:40 Mənşəyi məlum olmayan 30 tondan çox ət məhv edilib  |     16:33 Aldığınız evin sahəsi niyə sənəddə az göstərilir? - Ali Məhkəmə fərqi izah etdi  |     16:27 Quzu əti niyə fərqli qiymətlərə satılır? - Video  |     16:20 Xankəndidə ev yandı  |     16:15 Pelenin 1958-ci ildəki final forması 4,88 milyon dollara satıldı  |     16:07 Oğuzhan Uğur da saxlanıldı  |     16:01 "Balamı Kəlbəcərə yola saldım, 2 saat sonra yoxa çıxdı..." - Video  |     15:55 Avropada anomal istilər son dörd ildə 200 mindən artıq can alıb  |     15:49 Azərbaycan Kubokunun növbəti final oyununun tarixi AÇIQLANDI  |     15:24 Bakıda bir marşrutun fəaliyyəti bərpa edilir - FOTO  |     15:20 Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir - FOTO  |     15:08 “Azərbaycan ədəbiyyatının əsas düşməni yaltaqlıqdır” — Anar Oğuzla müsahibə  |    
Left Banner
Right Banner

Azərbaycanda bu şəxslərə PULSUZ EV verilə bilər - DETALLAR

05.05.2025 16:03 636
Azərbaycanda bu şəxslərə PULSUZ EV verilə bilər - DETALLAR
"Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyili suallar ünvanlanmaqdadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar.

"Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valdeyinlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir. Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub".

Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər.скачать dle 11.3
Mojo.az Banner