Mojo.az Banner
13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqif Əsədov: "Taksi sürücüsünün vurduğu məktəblilərin valideynləri şikayətçi deyil"

04.06.2019 20:17 2 056
Vaqif Əsədov:
Bakı şəhər BPİ DYPİ paytaxtda məktəblilərin vurulmasını əks etdirən yol qəzasının görüntüləri ilə bağlı məlumat yayıb.

Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntülər tərəfimizdən araşdırılıb:

"Görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb.

1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib".

V.Əsədov bildirib ki, hadisə nəticəsində məktəblilərdən biri "sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi", digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb:

"Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat - istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.

Qanunvericiliyə uyğun olaraq, toplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilib".скачать dle 11.3
Mojo.az Banner