Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Quba sakinləri qorxu içində: Faciənin bir addımlığındayıq - FOTO

03.06.2019 18:03 2 772
Quba sakinləri qorxu içində: Faciənin bir addımlığındayıq - FOTO
Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz faciə ilə üzləşəcəklərindən qorxurlar

Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz qorxu içindədirlər. Buna səbəb elektrik dirəklərinin və naqillərinin yararsız vəziyyətdə olmasıdır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Kənd sakini Aqil Ağasiyev onları gözləyən təhlükədən danışıb: "25 il əvvəl ata evimdən ayrılıb, burada ev tikdim. Yeni evimə elektrik xəttinin çəkilməsi üçün aidiyyatı quruma müraciət etdim. Onlar isə elektrik naqillərini dirəklərə yox yaxınlıqdakı ağaclara bərkidərək evimə elektrik xətti çəkdilər. O gündən də problemlər başladı. Küləkli və yağışlı havada həyatımız təhlükədə olur. Tez-tez naqillər qırılır və bu da uşaqlarımızın həyatı üçün təhlükəlidir".

Onun sözlərinə görə, təxminən iki il öncə kimsəsiz bir uşaq belə bədbəxt hadisənin qurbanı olub. O, bilmədən qırılmış naqilə toxunub və həyatını itirib. Ağasıyev deyir ki, bu problem təkcə onun evi ilə bağlı deyil, kəndin bir neçə küçəsinin elektrik naqilləri bu vəziyyətdədir.

Quba rayonun Digah kəndində elektrik dirəylərinin və naqillərinin vəziyyəti

Kənd sakini qeyd edib ki, elektrik dirəklərinin olmaması, naqillərin yer səviyyəsinə çox yaxın olması, həyati təhlükə ilə yanaşı digər problemlər də yaradır. Bu problemlərdən biri də yay mövsümündə ot bağlamalarının daşınmasında olur. Elektrik naqillərinin yer səviyyəsinə çox yaxın olması yük maşınları vasitəsilə hər hansı yükün daşınmasına imkan vermir. Kəndlilər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar.

"Necə olur ki, hər ay elektrik istifadəsinə görə bizdən pul tələb edirlər, ödənişi gecikdirəndə evlərimizi işıqsız qoyurlar, amma bu problemləri görməzdən gəlirlər. Mütləq bədbəxt hadisələr təkrar-təkrara baş verməlidir ki, axırda bu problemi həll eləsinlər?! Tezliklə cavabdeh şəxslərin kənddə növbəti faciəvi hadisə baş vermədən problemi həll edəcəklərinə ümid edirik" - deyə Ağasıyev bildirib.

Quba rayonun Digah kəndində elektrik dirəylərinin və naqillərinin vəziyyəti


Digər kənd sakini Nofəl Əmirbəyov da elektrik dirəklərinin və naqillərinin yaratdığı təhlükədən danışıb: "XXI əsr olmasına baxmayaraq, biz hələ də elektrik problemi yaşayırıq. Qış aylarında tez-tez elektrik naqillərinin qırılması nəticəsinədə kəndin bir çox evi işıqsız qalır. Qapımıza hər hansısa bir yükü gətirə bilmirik. Çünki naqillər o qədər aşağıdan çəkilib ki, heç bir yük maşını keçə bilmir. Kənddə olan transformator yerdən qoyulub. Onun yaxınlığından keçən istənilən heyvan, yaxud azyaşlı uşaq ona toxunsa, bu faciə ilə nəticələnəcək. Bu yaxınlarda azyaşlı uşaq transformatordakı naqillərə toxunmaq istəyəndə, ondan yaşca böyük olan digər uşaq onu oradan uzaqlaşdırıb. İndi təsəvvür edin, o uşaq orada olmasaydı, azyaşlı bədbəxt hadisənin qurbanı olacaqdı. Öz adımdan, kənd sakinlərinin adından xahiş edirəm, aidiyyatı qurum bu problemi həll etsin”.


Quba rayonun Digah kəndində elektrik dirəylərinin və naqillərinin vəziyyəti

Digər kənd sakinləri də bu vəziyyətdən narahat olduqlarını, hər gün hansısa bədbəxt hadisənin baş verəcəyindən qorxduqlarını bildiriblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tnrıverdi Mustafayevlə əlaqə saxladıq. O, bu kənddəki vəziyyətdən xəbərsiz olduqlarını və tezliklə məsələnin həllini tapmasına köməklik göstərəcəklərini bildirdi.


//sputnik.az

Son xəbərlər