Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərişıq”dan 24 ildir işıqsız qalan kəndlə bağlı - AÇIQLAMA

04.03.2019 15:25 2 589
“Azərişıq”dan 24 ildir işıqsız qalan kəndlə bağlı - AÇIQLAMA
Astaranın Sekeşan kəndində fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək. Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılması üçün əllərindən gələni edəcəklər.

Bunu oxu.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astaranın Sekeşan kəndinin 24 ildir işıqsız qalması barədə xəbərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Cənub regionunda - Lerik, Yardımlı Astara rayonlarında yenidənqurma işləri aparılır:

“Sözügedə rayonlar Lənkəran şəhər 9 saylı elektrik verilişi xətləri ilə bağlı olduqları üçün elektrik enerjisi təhlükəsizlik məqsədilə uzun fasilələrlə verilirdi. Vətəndaşlar da buna etiraz edirlər. Cənub regionunda məktəblərin yerləşdiyi ərazilər, kəndlər, bütün yaşayış məntəqələrində istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.

Qeyd etdiyimiz tədbirlər nəticəsində Astaranın Sekeşan kəndində də fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək. Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılması üçün əllərindən gələni edəcəklər”.

T.Mustafayev kənddə elektrik enerjisinin bir neçə aydır olmadığını vurğulayıb:

“Burada elektrik enerjisi 2018-ci ilin payızından yoxdur. Yaxın aylarda enerji verilişi bərpa ediləcək”.

Qeyd edək ki, saytımız Astara rayonunun Sekeşan kəndindən reportaj hazırlayıb. Kənd sakinləri deyir ki, onlar elektrik enerjisini son dəfə 1995-ci ildə görüblər. Kənd sakinləri elektrik enerjisinə olan tələbatlarını generatorlar vasitəsilə qarşılayırlar.скачать dle 11.3
Mojo.az Banner