Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda Uşaqlar Günü - FOTO

01.06.2019 19:37 1 696
Bakı metrosunda Uşaqlar Günü - FOTO
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində geniş şəkildə, maraqlı layihələrin fonunda keçirilib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, builki bayramda uşaqlara həsr olunmuş bir-birindən fərqli üç layihəsi ilə çıxış edib.

Fərqli olduğu qədər də bir-birini tamamlayan bu layihələrin eyni məkanda və vaxtda keçirilməsi silsilə tədbirlərə festival ovqatı qatıb.

“İçərişəhər” stansiyasında Azərbaycanın məşhur uşaq mahnılarının sədaları altında keçən tədbirin maraqlı layihələrindən biri də ən oxunaqlı uşaq kitabının kiçik sərnişinlərimizə paylanılması olub. “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin “Bakı uşaqlar üçün” adlı kitabını şəxsən kiçik yaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib. Şən, hazırcavab “Bakılı oğlan” məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb. Bəhram Bağırzadə uşaqların bayramını ürəkdən təbrik edərək, onlara xoş günlər arzulayıb.

Müxtəlif uşaq tamaşalarının personajları, uzunayaqlıların, birtəkərli velosiped sürənlərin jonqlyor oyunlarından ibarət cəlbedici şou-proqram, xüsusən uşaqların sevimlisi olan, xüsusi dəvət edilmiş Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları heyranlıqla qarşılanıb. Eyni zamanda şən təlxəklərin zarafat və oyunları da balacalarımızı əyləndirib. Onlar bəzəkli şarlardan düzəltdikləri fiqurları da balaca sərnişinlərə paylayıblar.

Al-əlvan şoular və rənglər festivalına çevrilmiş tədbirlər metro qatarlarında da özünəməxsus tərzdə davamını tapıb. Keçən il olduğu kimi, bu dəfə də stansiyaların adlarını uşaqlar elan ediblər.//yenicag.az

скачать dle 11.3
Mojo.az Banner