Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat A.Mirzəzadə təkzib edir: “Mən Paşinyanı öldürməyə çağırmamışam”

31.05.2019 20:44 2 053
Deputat A.Mirzəzadə təkzib edir: “Mən Paşinyanı öldürməyə çağırmamışam”
Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.

Milli.Az bildirir ki, millət vəkilinin rəsmi bəyanatı virtualaz.org-un redaksiyasına daxil olub. "Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib", - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün modern.az saytı Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

"Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub", - deputat bildirib.

Son xəbərlər