Mojo.az Banner
17:25 Keniya Prezidenti Uilyam Ruto İlham Əliyevə təşəkkür etdi  |     17:22 Şavkat Mirziyoyev WUF13-də bir sıra təkliflərlə çıxış edib  |     17:19 Magistraturaya qəbul imtahanının ikinci cəhdi TƏKRAR KEÇİRİLƏCƏK - SƏBƏB  |     17:17 Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb  |     17:14 Boşanmaların artması cəmiyyət üçün hansı riskləri yaradır?  |     14:41 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM  |     14:38 Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?  |     14:26 Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib  |     13:39 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub  |     13:30 “Maşın” şou yenidən başlayır - FOTO  |     13:24 Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək  |     13:21 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb  |     13:15 Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA  |     13:13 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA  |     12:17 Beş milyonluq qaçaqmalçılıqla bağlı saxlanılan vəzifəli şəxslər barədə YENİ QƏRAR  |     12:07 News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər  |     12:06 Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib  |     12:05 Vüsal Nəsirli rəisi işdən çıxardı  |     12:03 Neft bahalaşdı - SON QİYMƏT  |     11:59 Vilyam Hacıyevin lüks avtomobillərinə alıcı tapılmır: Qiymətləri endirildi  |    
Left Banner
Right Banner

Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni təxribatının qarşısını alıblar

20.11.2019 23:46 3 693
Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni təxribatının qarşısını alıblar
Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib. O bildirib ki, Ermənistandan olan bir deputat çıxışında “Arsax”da “demokratik seçki keçirildiyini” elan edib.

“Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir “Arsax” yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir”, - deyə A.Mirzəzadə bildirib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik və ya hərbi yolla torpaqlarımızı mütləq azad edəcəyik.скачать dle 11.3
Mojo.az Banner