Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

“Sahibkarlarıln hüquqları pozulur”

30.05.2019 14:03 3 243
“Sahibkarlarıln hüquqları pozulur”
““Binə” və “Sədərək” ticarət mərtkəzlərində işləyən sahibkarlar yüksək qiymətə mağaza alsalar da, onların mülkiyyət hüququ olmur. Onlardan nəinki işlətdiyi dükanın icarə haqqını, o cümlədən işlətdiyi internetin, elektrik enerjisinin, hətta küçədə qoyulan şlaqbaumun və ayaq yolunun da pullarını alırlar”.

Deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı belə deyib. “Adı çəkilən ticarət mərkəzlərinə sahibkarla fəaliyyyət göstəsə də, oradakı dükanlar, obyektlər sahibkarların şəxsi mülkiyyəti deyil, icarə qaydasında işlədilir. İş adamlarında 50 kv.metr sahə üçün 1250 manat icarəhaqqı alınır. Bu ticarət mərkəzlərində 30 mindək insan çalışır və onlaırn hüquqlarının müdafiəsi istiqamətində işlər görülməlidir”.

Deputat əlavə edib ki, bu gün sahibkarların fəaliyyətinə daha geniş imkanlar yaradılmalıdır. “Çünki yeni iş yerlərinin açılması sahibkarların fəaliyyətindən asılıdır. Onlara şərait yaradılarsa yeni iş yerləri açılar və insanların büdcədən asılılığı da azalar”.

Digər qeyd edib ki, digər məqam isə sahibkarların məhkmələrdə üzləşdiyi problemlərin aradan qaldırılması ilə bağlıdır. “Təsəvvür edin, bu gün Azərbaycanda məhkəmələrdə çıxarılan qərarların əksəriyyəti insanların azadlıqedan məhrumetmə ilə bağlıdır. 2017-ci ilin göstəricilərinə görə, Azərbaycanda məhkəmlərin çıxardığı 54.8 hökm azadlıqdan məhrumetmədir. Digər ölkələrlə müqayisədə bu, cox yüksəkdir. Bu göstərir ki, nə qədər amnistiya, əfv fərmanları olsa da həbsxanalar boşalmır ki, boşalmır. Bu gün sahibkarların ən çox əziyyət çəkdiyi dələduzluqla bağlıdır. Ancaq məhkəmlərdə bununla bağlı ciddi işlər görülmür. Elə etməliyik ki, məhkəmələrdə sahibkarların hüquqları müdafiə olunsun.

Bu olmadığına görə də bəzi radikal qüvvələr problemləri dilə gətirib öz məqsədləri üçün istifadə edirlər”- deputat bildirib.

Spiker Oqtay Əsədov bildirib ki, sahibkarlıqla bağlı islahatlar aparılır: “Bu qədər iş görülür, amma 7 dəqiqəlik çıxışınızda bir dənə müsbət fikir söyləmədiniz. Ancaq tənqid edirsiniz”.

//Bizimyol.info

скачать dle 11.3
Mojo.az Banner