Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Diqlas”da yanmamış anbarlar açılıb

08.04.2019 12:05 2 151
“Diqlas”da yanmamış anbarlar açılıb
“Diqlas” Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb.

AzTV-nin “Günün nəbzi” verilişinə müsahibə verən iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı:

“Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər və yararlı olan malları götürüb yeni mağazalara aparırlar”.

Nazir qeyd edib ki, 20 nəfər sahibkar artıq yeni yer seçib və tezliklə digər sahibkarlar da yeni satış yerlərində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə səkkiz ticarət mərkəzində yer təklif olunub.скачать dle 11.3
Mojo.az Banner