Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtımızdan final ərəfəsi reportaj - Bəlkə də, son matçı Bakıda izləyəcəyəm

29.05.2019 12:56 3 679
Paytaxtımızdan final ərəfəsi reportaj - Bəlkə də, son matçı Bakıda izləyəcəyəm
Bu gün Bakıda UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qalibi müəyyənləşəcək. Final qarşılaşmasında iki London klubu - “Arsenal” və “Çelsi” üz-üzə gələcək.

Oyuna maraq gözlənildiyindən də artıqdır. Son məlumata görə, satışda cəmi 100 bilet qalıb.

Final oyunu ilə əlaqədar paytaxtımıza öz komandalarını dəstəkləmək üçün minlərlə futbol həvəskarı gəlib.

“Sky Sports”un müxbiri Qari Koteril Bakıda olub və buradan reportaj hazırlayıb.

Reportajına “Bakının taksiləri tanış gəlir. Londonun ənənəvi “keb”ləridir. Hazırda isə Bakıda daha böyük “London” ab-havası gözə dəyir. Söhbət “Arsenal” və “Çelsi” klublarının futbolçuları, rəsmiləri, texniki heyəti və azarkeşlərindən gedir. Azarkeş sayı arzuolunan sayda olmasa belə”, - deyə başlayan Koteril azarkeşlərin Azərbaycan paytaxtı və final oyunu ilə bağlı fikirlərini öyrənib.

“Bakıya, “Avropa Azarkeş festivalı”na xoş gəlmisiniz”.

“Arsenal” azarkeşi olan turist Bakı barədə danışaraq, insanlarının möhtəşəmliyinə diqqət çəkib:

“İstanbula uçduq, oradan isə bura ötən gecə çatdıq. Bura çox yaxşıdır. İnsanları möhtəşəmdir”.

Başqa bir “Arsenal” azarkeşi isə özünü şanslılardan hesab edir:

“Yarımfinalın birinci oyunundan sonra bron etdiyimiz üçün bəxtimiz gətirdi, bir az qabağa düşdük. Uçuşlara 440 funt sterlinq ödədik”.

“Çelsi” azarkeşlərindən biri Qari Koterilə müsahibə verib və komandasının qələbə qazanacağına əminliyini ifadə edib:

“Hazardın “Real Madrid”ə keçidi ilə bağlı danışıqların getdiyini eşitdik. Bununla belə, komandamızın 2013-cü ildə Amsterdamda olduğu kimi, bu dəfə də kuboku başları üzərinə qaldıracaqlarını gözləyirik”.

Qari yazır ki, sabahkı (bugünkü - red.) finalın əsas hədəfi bu gümüşü rəngli kubokdur. Fan-zonada onunla şəkil çəkdirmək üçün insanlar uzun növbəyə dayanır. Azarkeşlər arasında Torontodan gələn Deb Piter adlı “Arsenal” azarkeşi də var. O, Londondan 55 il əvvəl köçüb.

Deb Piter xəstə olsa da, ölümünə nə qədər qaldığını bilməsə də, bu fürsəti qaçırmaq istəməyib. O, bəlkə də, sevimli komandasının son matçını izləyəcəyinə işarə edib:

“Mən 75 il əvvəl “Arsenal”da doğulmuşam”. Bu komanda mənim üçün çox dəyərlidir (göz yaşlarını saxlaya bilmir)... Əslində, səyahət etməməli idim. Xəstəyəm. Ancaq bu füsəti qaçıra bilməzdim. Bilmirəm ömrümə nə qədər qalıb və bundan sonra neçə finala gedə biləcəyəm...”

Deb Piterin dostu isə belə deyir:

“Bir neçə il əvvəl xərçəngdən müalicə olunurdu. Amma indi yaxşıdır. Hər halda bura gəlib çıxmışıq.”

Jurnalist fan-zonada olan “Çelsi” komandasının plakatında Ruben Loftusun baş hissəsinin boş qaldığına diqqət çəkib (insanların şəkil çəkdirməsi üçün - red). Sabahkı (bugünkü - red.) oyunda da ona meydanda yer olmayacaq. Belə ki, o, ötən həftə Bostonda xəsarət alıb.

Qari deyir ki, belə mənzərələrə Bakı məhəllərində çox rast gələ bilərsiniz (uşaq top çiləyir - red). Bu, yerli əhalidə futbola böyük marağın olduğunu göstərir. UEFA-nın göstərməyə çalışdığı Bakı budur. Bakı limanında cah-cəlallı yaxtalar Roman Abramoviçin də oyuna baxmaq üçün bura gələcəyindən xəbər verir. Ancaq hələlik heç kim nə təsdiq, nə də inkar edir. Bakı Olimpiya Stadionu hər iki kluba yaxşı tanışdır. Hər ikisi burada “Qarabağ” klubu ilə qarşılaşıb. Bu yaxınlarda, oktyabr ayında “Arsenal” 0-3 hesab ilə qələbə qazanmışdı. Sabah isə Avropa Liqası futbolu ab-havası olacaq. “Arsenal” məğlub olsa, növbəti mövsümdə yenə də “tutqun sular”da vurnuxmalı olacaq.

Bakı Qran-Prisindən bir ay keçməsinə baxmayaraq, pitstop cığırı hələ də mərkəzi yolda gözə dəyir. Luis Hamilton burada məğlubiyyətə uğramışdı. Sabah isə (bu gün - red.) “Arsenal” və ya “Çelsi” məğlub olacaq. Bakının London taksiləri isə yollarda hərəkət etməyə davam edəcək.


скачать dle 11.3
Mojo.az Banner