Mojo.az Banner
21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Sarri: Bakıda komandaların şansları bərabərdir

29.05.2019 11:23 3 720
Sarri: Bakıda komandaların şansları bərabərdir
Komandaların şansları hazırda 50-50-dir.

Bunu “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib.

O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “Arsenal”la sabah keçiriləcək oyun haqda danışıb və jurnalistlərin suallarına cavab verib:

“Mənim "Çelsi" ilə müqaviləm daha iki il var. Ona görə də hazırda bu matçın "Çelsi"də son oyun olduğu barədə danışmaq istəmirəm. Mən tamamilə "Arsenal"la matça köklənmişəm.

Hazırda bizim komandanın pis mövsüm keçirdiyini deyə bilmərəm. Çünki biz Çempionlar Liqasına vəsiqə qazanmışıq. İngiltərə Liqa Kubokunda “Liverpul” və “Totenhem” kimi komandaları məğlub etmişik, finalda isə yalnız "Mançester Siti"yə penaltidə məğlub olmuşuq.

Olivye Jiru bizim üçün vacib oyunçudur. Sabah onu start heyətdə oynadıb-oynatmayacağımı müəyyənləşdirəcəm.

Mövsümün əvvəlində mən komandamı başa düşməkdə çətinlik çəkirdim. Lakin mövsümün sonuna yaxın onlar tapşırıqlarımı yerinə yetirməyə başladılar və biz üçüncü yeri tutduq. İndi isə bu titulu qazanmalıyıq”.

Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner