Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenski Moskvaya qarşı “qamçı və kökə” siyasəti yürüdəcək

22.05.2019 12:04 3 586
Zelenski Moskvaya qarşı “qamçı və kökə” siyasəti yürüdəcək
Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırmasına səbəb Moskvanın prezidentin irəli sürdüyü təşəbbüsləri cavabsız qoymasıdır.

Bunu Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Boqdan “112 Ukraina” telekanalının efirində bildirib.

Boqdan xüsusi olaraq bildirib ki, Zelenskinin Vaşinqtona etdiyi müraciət Rusiyanın ukraynalı dənizçilərin sərbəst buraxılması üzrə danışıqlar prosesinə razılaşmaması ilə əlaqədardır.

Administrasiya rəhbəri Zelenskinin Rusiyaya qarşı “qamçı və kökə” (arzuolunan nəticəni əldə etmək üçün tətbiq olunan mükafatlandırma və cəza kombinasiyası – red.) siyasəti yürüdəcək.

“Biz hədəfə doğru irəliləməliyik. Hədəfə çatmaq üçün bütün vasitələr məqbuldur. Bildiyimiz kimi, iki üsul var – qamçı və kökə üsulu. Biz Rusiya hakimiyyətinə lazımi bütün siqnalları göndəririk, biz söhbət aparmağa və kompromislərə hazırıq”, - deyə Boqdan vurğulayıb.

Son xəbərlər