Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhalinin alıcılıq qabiliyyəti artıb - STATİSTİKA

21.05.2019 20:31 3 032
Əhalinin alıcılıq qabiliyyəti artıb - STATİSTİKA
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manata bərabər olub.

Median.Az
Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 5 milyard 704,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 652,5 milyon manatını isə qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsulları, 5,3 faizi içkilər və tütün məmulatları, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,2 faizi elektrik malları və mebellər, 5,6 faizi avtomobil yanacağı, 1,3 faizi əczaçılıq və tibbi mallar, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9 faizi ticarət müəssisələri, 32,2 faizi isə bazar və yarmarkalar, 47,9 faizi isə fərdi sahibkarlar tərəfindən satılıb.

2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artıb, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalarda 3,4 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.скачать dle 11.3
Mojo.az Banner