Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

20.05.2019 11:37 3 067
Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb
Zaqatala və Qax rayonlarına güclü dolu yağıb.

Axşam saatlarından başlayan yağış, daha sonra güclü dolu ilə müşayiət olunub.

Zaqatala şəhərinin mərkəzi ərazilərinə təqribən 15 dəqiqə müddətində qoz böyüklüyündə yağan dolu minik avtomobillərinə və meyvə ağaclarına ziyan vurub.

Güclü dolu Qax rayonunun bəzi kəndlərində təsərrüfata ziyan vurub. Rayonun ucqarda yerləşən İlisu kəndinə 10 dəqiqə müddətində dolu yağıb.

Hazırda bölgədə güclü külək və yağış müşahidə olunur.

//oxu.az

Son xəbərlər